[b]“Layiqli mübarizə aparmalıyıq” – Emin Mahmudov[/b]
18.07.2018 - 23:19
[b]“Layiqli mübarizə aparmalıyıq” – Emin Mahmudov[/b]

“Əlbəttə, çətin oyun olacaq. Ancaq biz yenə də oyunumuzu göstərməli və layiqli mübarizə aparmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

 

Təcrübəli yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Uypeşt”lə oyunu öncəsi fikirlərini açıqlayıb. O, Macarıstandakı matçla bağlı mətbuat konfransında motivasiyalı olmaları barədə danışıb: “Düşünürəm ki, motivasiya əskikliyi olmayacaq. Söhbət Avropa arenasından gedir. Nə qədər çətin olsa belə, çıxıb oyunumuzu oynamalıyıq”.

0