22 Aprel 18:10 Lionel Messinin cazibədar sevgilisi - FOTO
FUTBOL xəbərləri 22 Aprel 18:10
3008 baxış

Lionel Messinin cazibədar sevgilisi - FOTO

Argentina milli komandasının və “Barselona”nın futbolçusu Lionel Messi eşqə düşüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı istedadlı yarımmüdafiəçi özündən 7 yaş böyük xanıma vurulub.

Söhbət argentinalı aktrisa, model və müğənni Lusiana Salazardan gedir. Bu gözəlçə ilə Messinin nə zaman və hansı şəraitdə tanış olması barədə məlumat yoxdur.

Buna baxmayaraq, Lusiana 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı ərəfəsində Argentina yığmasına göstərdiyi mənəvi dəstəklə diqqət çəkib. Həmin vaxt cazibədar model milli komandaya dəstək kampaniyasında o qədər canfəşanlıq edib ki, ona “Xaç anası” ləqəbi verilib.

Xəbər lenti