25 May 00:17 Millimizə qarşı 23 futbolçu ilə
FUTBOL xəbərləri 25 May 00:17
380 baxış

Millimizə qarşı 23 futbolçu ilə

Yoldaşlıq oyununda milli komandamızla qarşılaşacaq Latviya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Miksu Patelayinen Estoniya, Litva və Azərbaycanla oyunlara 23 futbolçu dəvət edib.

 

Qapıçılar: Andris Vanin ("Sürix", İsveçrə), Kasper İksten (RFŞ), Yevgeni Neruqal (Spartak)

 

Müdafiəçilər: Vitali Maksimenko ("Termalisa", Polşa), Vladislav Qabov ("Pafos", Kipr), İqor Tarasov ("Şlensk", Polşa), Kaspar Dubra, Roberts Savalnikes, Vyaçeslav İsayev (hamısı RFŞ), Vitali Yaqodinski ("Politexnika", Rumıniya), Qrints Freymanis, Marsis Oşs (Spartak), Rayvis Andris Yurkovski (Liepaya)

 

Yarımmüdafiəçilər: Ritvars Ruqin (Ventspils), Yanis İkaunieks (Liepaya), Qleb Klyuşkin, Aleksanr Fertov (hər ikisi RFŞ), Vladimir Kames ("Yenisey", Rusiya), Kristian Torres (Liepaya)

 

Hücumçular: Valeri Şabala ("Podbeskidze", Polşa), Davis İkaunieks (Vısoçina), Artur Karaşauskas (Liepaya), Vladislav Qutkovski ("Termalisa", Polşa).

 

Qeyd edək ki, Latviya iyunun 2-də Riqada Estoniya, 5-də Vilnüsdə Litva, 9-da isə Riqada Azərbaycanla qarşılaşacaq.

Xəbər lenti