24 Fevral 13:08 “Ona qarşı oynamaq kabusdu” – Cerrard Buskets haqda
FUTBOL xəbərləri 24 Fevral 13:08
280 baxış

“Ona qarşı oynamaq kabusdu” – Cerrard Buskets haqda

“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki. əfsanəvi futbolçu “Barselona”nın üzvü Serxio Buskets haqda danışıb.

 

“BT Sport”a fikirlərini bildirən Cerrard qeyd edib ki, Busketsə qarşı oynamaq olduqca çətindi: “Meydanda Serxio ilə üz-üzə gəlmişəm. Busketslə mübarizə aparmaq çox ağırdı. Ona topu almaq üçün yaxınlaşmaq mümkün deyil. Pressinq edirsizsə, Buskets ani məqamda dönür və siz boş yerə enerji sərf etmiş olursuz. Serxio heç tərləmir də. Bir sözlə, ona qarşı oynamaq kabusdu”.

 

Qeyd edək ki, futbolçu karyerasını 2016-cı ildə bitirən Stiven Cerrard hazırda “Liverpul”un U-18 komandasını çalışdırır.   

Xəbər lenti