[b]PSJ-nin futbolçusu İtaliyaya qayıdır[/b]
18.06.2018 - 17:14
[b]PSJ-nin futbolçusu İtaliyaya qayıdır[/b]

PSJ hücuma meyilli yarımmüdafiəçisi Xavyer Pastore ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, argentinalı futbolçu karyerasını “Roma”da davam etdirə bilər.

“Canavarlar” “İnter”ə keçmək üzrə olan Radja Nainqqolanın boşluğunu Pastore ilə doldurmaq niyyətindədi. “Vest Hem” onun xidmətində maraqlı olsa da, 28 yaşlı oyunçu İtaliayda oynamaq istəyir.

“Roma”nın transferə görə PSJ-yə 18 milyon avro ödəyəcəyi, Pastorenin isə yeni klubunda ilinə 3 milyon avro qazanacağı gözlənilir.

Qeyd edək ki, Xavyer Pastore daha öncə İtaliyada "Palermo" klubunun formasını geyinib.

0