[b]“Qarabağ”dan Polşa klubuna[/b]
17.07.2018 - 01:45
[b]“Qarabağ”dan Polşa klubuna[/b]

“Qarabağ”ın sabiq qapıçısı Anton Kanibolotski özünə yeni komanda tapıb. Apasport.az Polşanın “Medz” klubuna istinadən məlumatına görə, ukraynalı qolkiper bu komanda ilə anlaşıb.

 

Ötən mövsüm başa çatdıqdan sonra “Qarabağ”la yollarını ayıran 30 yaşlı qolkiper Polşa yüksək liqasının debütantı ilə münasibətləri rəsmiləşdirib. Yeni klubunda tibbi müayinədən keçən Kanibolotski ardından 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, Anton Kanibolotski “Qarabağ”a ötən ilin yayında Donetsk “Şaxtyor”undan keçmişdi.

0