[b]“Qəbələ”nin rəqibi iddialıdı: İnternetdə “Proqres” yazsa...[/b]
25.06.2018 - 12:00
[b]“Qəbələ”nin rəqibi iddialıdı: İnternetdə “Proqres” yazsa...[/b]

“İstirahətdən yeni qayıtmışam. Bu çox vacib idi. İki həftə dincəldikdən sonra avrokuboklara hazırlıqlara başlamaq yaxşı haldı. Çox gözləməyə ehtiyac yox idi. Önümüzdə bir hədəf var və vaxt sürətlə gedir”. Apasport.az saytının məlumatına görə, bunu “Proqres”in baş məşqçisi Paolo Amadio deyib.

 

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Proqres” yeni mövsümün hazırlıqlarına start verib. Lüksemburq klubunun çalışdırıcısı ötən mövsüm “Reyncers”i mübarizədən kənarlaşdırdıqlarını xatırladaraq, “Qəbələ”yə “göz dağı” verməyə çalışıb.

 

Amadio yerli mətbuata açıqlamasında eyni uğuru təkrarlamaq istədiklərini vurğulayıb: “İnternetdə bizim haqqımızda məlumat toplamaq istəyən “Proqres” yazsa, “Reyncers”lə oyunlarımızı görəcək. Bunun rəqib üçün vəziyyəti çətinləşdirib-çətinləşdirməyəcəyini bilmirəm. Ancaq fakt budu. Bizim məqsədimiz bütün sahələrdə inkişaf etməkdi. Ötən mövsüm zədəli futbolçularımızın çoxluğuna baxmayaraq, cavab qarşılaşmasını daha yaxşı keçirmişdik. Bu o demək deyil ki, daha yaxşısını etməliyik. Amma bu cür davam etmək lazımdı”.

 

Qeyd edək ki, iyulun 12-də “Proqres”i Qəbələdə qəbul edəcək Topaz Premyer Liqasının gümüş mükafatçısı bir həftə sonra Differdanjda cavab görüşünə çıxacaq.

0