[b]Qələbəsiz gün[/b]
22.08.2017 - 12:15
[b]Qələbəsiz gün[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) qarşılaşmasının keçiriləcəyi tarix Azərbaycan klubları üçün uğursuz gündü. Apasport.az saytının məlumatına görə, avrokuboklar tarixində 4 dəfə təmsilçimiz avqustun 23-də meydana çıxıb.

 

İndiyədək qalib gəlmədiyimiz gündəki 5-ci sınaqda ilki “Qarabağ” rəsmiləşdirməlidi.

 

1994-cü ildə avrokuboklar tarixindəki ilk ev oyunumuzda “Turan” evdə Türkiyə “Fənərbaxça”sına uduzub – 0:2. 2001-ci ildə isə 2 klubumuz eyni gündə meydana çıxıb.

 

Paytaxt klubları Sloveniya təmsilçiləri ilə görüşüb. “Neftçi” “HİT-Qoritsa”ya səfərdə 0:1, “Şəfa” “Olimpiya”ya evdə 0:3 hesabı ilə uduzub.

 

2012-ci ildə isə “Neftçi” APOEL-i qəbul edib. Kiprlilərlə görüşdə qalib müəyyənləşməyib – 1:1.

 

Bir sözlə, avqustun 23-də 1 heç-heçə və 3 məğlubiyyəti olan klublarımız 1 qol vurub, 7-ni buraxıb.

0