24 May 11:56 Qeyri-müəyyənlik: Kim yalan deyir?
FUTBOL xəbərləri 24 May 11:56
715 baxış

Qeyri-müəyyənlik: Kim yalan deyir?

Yığma komandamızla bağlı növbəti dəfə qeyri-müəyyənlik yaranıb. Apasport.az-ın məlumatına görə, AFFA rəsmi saytı vasitəsilə 20 yaşadək futbolçularımızın Makedoniya ilə keçirəcəkləri oyun öncəsi rəqib düşərgədə dəyişiklik edildiyini yazıb.

 

Belə ki, assosiasiya makedoniyalıların öncədən deyildiyi kimi, U-21 yox, U-20 yığması ilə ölkəmizə gəldiyini vurğulayıb.

 

Makedoniya Futbol Federasiyasının rəsmi saytı isə U-21 komandasının Azərbaycana yola düşdüyünü yazıb. Komandaya Zvonko Zlatanovski və U-18 yığmasının baş məşqçisi Dobrinko İliyevski rəhbərlik edəcək. Maraqlıdı ki, İliyevskinin Bakıdakı matçlardan sonra Türkiyəyə yollanacağı və U-18-i həmin ölkənin komandası ilə oyunlara çıxaracağı qeyd olunub.

 

U-20 yığmamız makedonlarla bu gün və mayın 27-də qarşılaşacaq.

Xəbər lenti