[b]“Real” Alissonla razılığa gəldi, amma...[/b]
14.06.2018 - 00:51
[b]“Real” Alissonla razılığa gəldi, amma...[/b]

“Roma”nın qapıçısı Alisson “Real”la danışıq aparır. Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

 

Bildirilib ki, 25 yaşlı braziliyalı “çərçivə qoruyucusu” “kral klubu” ilə şəxsi anlamda razılıq əldə edib.

 

Keçidi əngəlləyən yeganə məqam isə oyunçunun transfer qiymətidi. Belə ki, “Real” “Roma”nın tələb etdiyi 80 milyon avro məbləği ödəmək fikrində deyil. Madridlilərin hədəfi Alisson üçün 55 milyon nağd, 5 milyon isə bonus şəklində ödməkdi. “Canavarlar”ın bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir, qapıçı isə İspaniyaya köçməyin əleyhinə deyil.

0