[b]Rəqiblər 131-ə çatdı, “Baltsan” 22-cidi[/b]
20.06.2018 - 15:34
[b]Rəqiblər 131-ə çatdı, “Baltsan” 22-cidi[/b]

Maltanın “Baltsan” klubu Azərbaycan təmsilçiləri ilə ən azı 2 dəfə rəqib olan 22-ci komandadı. Apasport.az saytının məlumatına görə, 1994-cü ildə avrokuboklar səhnəsinə çıxan klublarımız bunadək 21 rəqiblə bir dəfədən çox üz-üzə gəlib.

 

Əvvəl “Neftçi”, indi “Keşlə” ilə qarşılaşacaq Malta təmsilçisi bu siyahıda 22-ci olacaq. “Baltsan”dan Avropa Liqasındakı digər iki rəqib ilk dəfə Azərbaycana gələcək. Macarıstan “Uypeşt”i və Lüksemburq “Proqres”i yeni rəqiblərdi. Sonuncular “Qəbələ”, macarlar “Neftçi” ilə qarşılaşacaq. İndiyədək təmsilçilərimiz 128 komanda ilə görüşüb. “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Olimpiya”nın 129-cu olacağı siyahıya “Baltsan”la “Uypeşt” 130-131-ci kimi daxil olacaq.

0