15 Dekabr 13:18 “Ronaldoya deyin ki, ağlını başına yığsın” - Maradona
FUTBOL xəbərləri 15 Dekabr 13:18
543 baxış

“Ronaldoya deyin ki, ağlını başına yığsın” - Maradona

Əfsanəvi futbolçu Dieqo Maradona maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, Argentina yığmasının sabiq hücumçusu Madrid “Real”ının üzvü Kriştianu Ronaldoya mesaj göndərib.

 

Portuqaliyalı superulduzun 5-ci dəfə “Qızıl top” mükafatını aldıqdan sonra özünü futbol tarixinin ən yaxşı oyunçusu adlandırması Maradonanı əsəbləşdirib. AS nəşrinə danışan keçmiş “10 nömrə” bunları deyib: “Ronaldo bütün dövrlərin ən yaxşısı olduğunu bildirib? Ona deyin ki, ağlını başına yığsın və bizi bezdirməsin”.

 

“Dünyanın ən yaxşı futbolçusu Ronaldodusa, bəs siz kimsiz” sualına cavabında da  Maradona Kriştianuya ağıllı olmağı məsləhət görüb.