[b]Samir Ələkbərov “Sumqayıt”da[/b]
25.06.2018 - 17:47
[b]Samir Ələkbərov “Sumqayıt”da[/b]

2018/2019 mövsümündə “Sumqayıt”a rəhbərlik edəcək Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, Samir Ələkbərov “Gənclik şəhəri” təmsilçisində baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.

2004-2005-ci illərdə "Neftçi", 2006-2008-ci illər ərzində isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş Ələkbərovun sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət milli komandamız olub.

0