[b]Samir Əliyev "Səbail"dən ayrıldı - RƏSMİ[/b]
22.05.2018 - 22:59
[b]Samir Əliyev "Səbail"dən ayrıldı - RƏSMİ[/b]

“Səbail” baş məşqçisi Samir Əliyevlə yollarını ayırıb. Apasport.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, gənc mütəxəssis qarşılıqlı razılıqla paytaxt klubunu tərk edib.

 

Bu gün rəhbərliklə Əliyev arasında görüş keçirilib. Həmin görüşdə “Səbail”in Topaz Premyer Liqasının geridə qalan mövsümündəki çıxışı müzakirə olunub. Yekunda müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, “Səbail” debüt etdiyi mövsümü 8 komanda arasında 7-ci pillədə bitirib. 28 turda 6 qələbə, 5 heç-heçə, 17 məğlubiyyətlə yadda qalan bakılılar 23 xal toplayıblar.

0