20 Oktyabr 20:17 “Səbail”də gərginlik: Kapitan digər oyunçularla yola getmir?
FUTBOL xəbərləri 20 Oktyabr 20:17
3392 baxış

“Səbail”də gərginlik: Kapitan digər oyunçularla yola getmir?

Azərbaycan Premyer Liqasının IX turunda “İnter”lə qarşılaşan “Səbail” matçdan 1:0 hesablı qələbə ilə ayrılıb. Apasport.az saytının məlumatına görə, debütantın oyunçuları qarşılaşmanın gedişatında öz aralarında gərginlik yaşayıblar.

 

Belə ki, “Səbail”in təcrübəsiz kapitanı Eltun Yaqublu iki ayrı epizodda komanda yoldaşları ilə mübahisə edib.

 

Əvvəlcə Nurlan Novruzovla söz savaşına çıxan Eltun oyunun sonlarında isə Maudo Jarjue ilə “üz-üzə” gəlib. İkilinin arasındakı sərt mübahisə əlbəyaxa davaya keçməmiş araya girən digər oyunçular tərəfləri sakitləşdiriblər.

 

Qeyd edək ki, matçın baş hakimi Ramil Diniyev hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb. 

Xəbər lenti