[b]Tərlan Əhmədovun imtina etdiyi futbolçunu “Neftçi”yə kim sırıyıb?[/b]
23.07.2018 - 10:14
[b]Tərlan Əhmədovun imtina etdiyi futbolçunu “Neftçi”yə kim sırıyıb?[/b]

“Neftçi”nin yay transfer dönəmində heyətinə qatdığı Slavko Braliçi klub rəhbərliyi hələ mövsümün gedişində “qaralayıbmış”. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın idman direktoru Ceyhun Sultanov Premyer Liqanın digər təmsilçilərinin bəyənmədiyi xorvatiyalı müdafiəçini sabiq baş məşqçi Tərlan Əhmədova təklif olunub.

 

Sultanov onunla yanaşı, Tural Axundov və Dario Frederikonun da transferini məsləhət görüb. Lakin həmin vaxt komandanın “sükanı arxası”nda olan Əhmədov buna qarşı çıxıb.

 

O, əməkdaşımızla söhbətində imtinasının səbəbini açıqlayıb: “Aprelin sonlarında Ceyhun onları mənə göstərdi, dedim ki, heç biri “Neftçi”yə yaramır. Bundan əvvəl gürcü futbolçu təklif etdi, razılıq vermədim. Dedim ki, onların adları bəzi çirkin məsələlərdə hallanır, gürcüstanlı oyunçu istəmirəm. Braliçin adını deyəndə bildirdim ki, mənə müdafiədən oyun quran adam lazımdı. O isə ancaq “ikinci mərtəbə” üçün yararlıdı. Legioner gətiririksə, gərək bütün tələblərə cavab verə bilsin. Tural “Sumqayıt” üçün daha yaxşı futbol oynayırdı. Sadəcə, mənim fəlsəfəmə uyğun deyildi. Həmçinin Darionun da “Neftçi”yə fayda verməyəcəyini düşünürdüm”.

 

Qeyd edək ki, “Neftçi” baş məşqçi postuna Roberto Bordini gətirdikdən sonra hər üç futbolçunu transfer edib.

0