[b]“Trabzonspor”un zəif bəndi – Ramil Şeydayev[/b]
17.07.2018 - 09:46
[b]“Trabzonspor”un zəif bəndi – Ramil Şeydayev[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Trabzonspor”da qalmaq şansı getdikcə azalır. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

“Qarabağ”dan icarədən dönən gənc forvard Sloveniyadakı təlim-məşq toplanışına cəlb olunsa da, heç cür ümidləri doğrultmur. Baş məşqçi Ünal Karaman ona “Triqlav”la yoxlama görüşünün ikinci hissəsində şans verməsinə baxmayaraq, Şeydayev zəif çıxışı ilə diqqət çəkib. Həmkarlarımız matçda ötürmələrə gec reaksiya göstərən və ləng davranan forvardı Sloveniya toplanışının ən zəifi hesab edirlər. Bu isə onun Qara dəniz təmsilçisində qalmaq ehtimalını azaldır.

 

Qeyd edək ki, Ramil Şeydayev “Mattersburq”un maraq dairəsindədi. Hücumçu “Trabzonspor”a lazım olmasa, Avstriya klubuna keçəcək.

0