[b]Useyn Bolt Avstraliya klubunda yoxlanışda[/b]
17.07.2018 - 12:16
[b]Useyn Bolt Avstraliya klubunda yoxlanışda[/b]

Yamaykalı atlet, 8 qat Olimpiya çempionu Useyn Bolt futbolçu karyerasına Avstraliya çempionatında başlaya bilər. Apasport.az saytının “Daily Telegraph”a istinadən məlumatına görə, o, Avstraliyanın birinci dəstəsində çıxış edən “Sentral Kost Mariners”də 6 həftə davam edəcək yoxlanışdan keçəcək.

 

31 yaşlı idmançı özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, onunla 1 illik müqavilə imzalanacaq.

 

Bolt daha öncə Dortmund “Borussiya”sı və “Stremsqodset” ilə məşqlərə çıxmışdı. O, hətta Norveç klubunun heyətində bir yoldaşlıq matçında iştirak edib.

0