[b]Veteranlar “Neftçi”yə şans vermir: 2:0 hesablı qələbə[/b]
19.07.2018 - 10:53
[b]Veteranlar “Neftçi”yə şans vermir: 2:0 hesablı qələbə[/b]

“Uypeşt”in inkişaf sürəti ürəyimcədi. Bu gün öz meydanımızda oynamağın faydasını görməli, bu üstünlükdən yararlanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Uypeşt”in əfsanəvi futbolçusu Dunai Antal deyib.

 

75 yaşlı mütəxəssis klubun saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə bu gün keçiriləcək oyunu dəyərləndirib. 1965-1976-cı illərdə Budapeşt təmsilçisinin formasını geyinən Antal indidən “Sevilya” ilə matçın xəyallarını qurur: “Uğurun açarı sürətli hədəfdi. İlk növbədə orta sahəni ələ keçirmək lazımdı. “Neftçi”ni sürətdə qabaqlamaq çox önəmlidi. Biz böyük savaşlara adət etmişik. Bu üzdən ümid edirəm ki, “Uypeşt”in “Sevilya” ilə matçını İspaniyada izləyəcəm. Uşaqlara inamım böyükdü”.

 

“Uypeşt”in digər veteran futbolçusu Veber Gyorgi də ümidli danışıb. 49 yaşlı məşqçi hələ Bakıdakı qarşılaşmadan əvvəl ev oyunu ilə bağlı proqnoz verdiyini bildirib: “Komandamızın bu mərhələni adlayacağına inanıram. İlk görüşün nəticəsindən asılı olmayaraq, əvvəldən “Uypeşt”in evdə 2:0 hesabı ilə qalib gələcəyini proqnozlaşdırmışam. Əsas diqqəti stabilliyə və müdafiədə möhkəm oyuna yönəltmək lazımdı. Çünki buraxılan qolun sığortası artıq mümkün olmayacaq. Məqsədsiz şəkildə hücuma çıxmaq olmaz və qonaq komandaya ön xətdə təzyiq etmək şərtdi”.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Uypeşt” – “Neftçi” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

0