[b]Viktor İqbekoyi: “Qarabağ”dan təklif almışdım, amma...[/b]
23.07.2018 - 11:34
[b]Viktor İqbekoyi: “Qarabağ”dan təklif almışdım, amma...[/b]

“Zirə”nin sabiq futbolçusu Viktor İqbekoyinin yeni komandasının adı müəyyənləşib. Bu barədə apasport.az saytına açıqlamasında nigeriyalı yarımmüdafiəçi özü məlumat verib.

 

O bildirib ki, bundan sonra karyerasını ABŞ-da davam etdirəcək. Belə ki, 32 yaşlı orta sahə oyunçusu II liqa təmsilçisi “İndi İleven”lə anlaşıb.

 

Maraqlıdı ki, İqbekoyi ölkəmizdə qalmaq şansı olsa da, bundan imtina etdiyini söyləyib: “Zirə”dən ayrıldıqdan sonra sabiq komandam “Qarabağ”dan təklif almışdım. Lakin artıq fərqli ölkədə çıxış etmək istədiyimdən razılaşmadım”.

 

Qeyd edək ki, ölkəmizdə “Qarabağ”, “Turan” və AZAL-ın formasını geyinmiş Viktor İqbekoyi 2015-ci ildən bəri “Zirə”nin uğurları üçün çalışıb.

0