25 Fevral 17:22 Yuri Maksimov legioneri təriflədi: Topu qəbul edib, ötürmə verə bilir
FUTBOL xəbərləri 25 Fevral 17:22
434 baxış

Yuri Maksimov legioneri təriflədi: Topu qəbul edib, ötürmə verə bilir

“Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Əvəzetmələrdən gənc futboluları meydana buraxdıq. “Sumqayıt” bu gün güclü idi. Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyildilər. Səhvlərimiz oldu, amma komanda mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

 

Azərbaycan Premyer Liqasının XVII turunda öz meydanında “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi 1:2 hesablı məğlubiyyətə üzülüb.

 

Oyundan sonra açıqlama verən ukraynalı mütəxəssis matçla bağlı fikirlərini bölüşüb.

 

- Kubokda da “Sumqayıt”la qarşılaşacaqsız. Bugünkü oyuna həmin matçı da nəzərə alaraq baxırdız?

- Biz rəqibi analiz edib, öyrənirdik. Çalışırdıq, səhv etməyək. Reallıq bundan ibarətdi ki, “Sumqayıt” bizdən güclüdü.

 

- Komandanız hansı komponentlərdə rəqibə uduzdu?

- Futbolçuların bəziləri qızdırmalı idi. Buna görə çətin oldu. Slavik, Məqsəd, Pərdisdə belə problem var idi. Onlar komandaya kömək etmək istəyirdilər. Hardasa alındı. Bəzi gəncləri meydana buraxdıq. Onların ustalıq səviyyəsinin aşağı olması sözünü dedi. Biz gördük ki, hələ belə vacib oyunlara hazır deyillər. Xüsusilə, əvəzləmələr problem yaratdı.

 

- Gördüklərimizə əsasən deyə bilərik ki, Ebrima Sohna bura gələnə qədər sanki futbolla yox, başqa idman növü ilə məşğul olub...

- Oyunçuların bir çoxu 4 aylıq gəlmək istəmədi. Hər halda, Sohna top qəbul edib, ötürmə edə bilir.

Xəbər lenti