[b]“Zirə”dən növbəti transfer[/b]
13.06.2018 - 17:10
[b]“Zirə”dən növbəti transfer[/b]

“Zirə” yay fasiləsində növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar Kamal Mirzəyevlə anlaşıb.

23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə bağlanılıb. Onun sonuncu klubu “Sumqayıt” olub. Mirzəyev daha əvvəl “Qəbələ” və AZAL-da da çıxış edib.

Qeyd edək ki, "Zirə" bundan əvvəl "Neftçi"dən ayrılan İlkin Qırtımovu heyətinə qatıb.

0