23 Fevral 12:09 İslamiada: Millimizin baş məşqçisi rəsmiləşdi
İSLAMİADA xəbərləri 23 Fevral 12:09
888 baxış

İslamiada: Millimizin baş məşqçisi rəsmiləşdi

İslam Həmrəyliyi Oyunlarında futbol üzrə Azərbaycan millisini çalışdıracaq mütəxəssisin adı rəsmən açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamızı oyunlara U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə çıxaracaq.

 

Bu il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq İslamiadada ölkələr 23 yaşadək futbolçulardan ibarət komandalarla təmsil olunacaqlar. Əvvəlcədən də gözlənildiyi kimi, Azərbaycan yığmasına Vahabzadə rəhbərlik edəcək.

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma mübarizə aparacaq.

Xəbər lenti