18 May 13:48 Kəmaləddin Heydərov taekvondoçularla görüşdü - FOTOSESSİYA
İSLAMİADA xəbərləri 18 May 13:48
1011 baxış

Kəmaləddin Heydərov taekvondoçularla görüşdü - FOTOSESSİYA

Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarının ikinci günü milli komandamızla görüşüb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, hər zaman idmançılara diqqət və qayğı göstərən federasiya rəhbəri yığmamızın məşqçiləri və idmançıları ilə səmimi söhbət edərək, komandanın 2 gün ərzində qazandığı uğura görə təbrik edib.

 

Hər zaman onlara dəstək olduğunu bildirən Heydərov növbəti yarışlarda da komandamıza uğurlar arzulayıb.

 

Federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, həmçinin məşqçilər və idmançılar əldə olunan nailiyyətlərin idmana göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayaraq, ona təşəkkürlərini bildiriblər.

 

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

 

Qeyd edək ki, taekvondoçularımız yarışın ilk 2 günündə 5 qızıl və 2 gümüş medal qazanıblar. Bu gün isə 2 idmançımız yarımfinala vəsiqə qazanıb.