[b]Ronaldo yubiley oyununa çıxdı, meydandan qovuldu[/b]
24.01.2015 - 22:14
[b]Ronaldo yubiley oyununa çıxdı, meydandan qovuldu[/b]

İspaniya La Liqasının XX turu çərçivəsində keçirilən “Kordoba” ilə matç “Real”ın hücumçusu Kriştianu Ronaldo üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, start heyətdə meydana çıxan Portuqaliya millsinin futbolçusu klub karyerasında yubiley görüşünü keçirib.

 

Belə ki, Ronaldo 600-cü dəfə meydanda mübarizə aparıb. O, bu matçların 31-ni “Sportinq”in (5 qol), 292-sini “Mançester Yunayted”in (118 qol) və 276-sını “Kral klubu”nun (288 qol) forması altında keçirib.

 

Qeyd edək ki, 29 yaşlı forvard “Kordoba” ilə oyunun 82-ci dəqiqədə komandasını azlıqda qoyub. O, qırmızı vərəqə alaraq, meydandan qovulub. Qarşılaşma isə “Real”ın 1:2 hesablı qələbəsi ilə başa çatıb. 

0