[b]"Qəbələ” Macarıstan klubuna qalib gəldi[/b]
25.01.2015 - 20:47
[b]"Qəbələ” Macarıstan klubuna qalib gəldi[/b]

Topaz Premyer Liqasının II dövrəsinin hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün 6-cı yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşıb.

 

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 2:0 hesabı ilə qalib. “Qəbələ”nin heyətində Viktor Mendi (27) və Emin Zamanov (69) fərqlənib.

 

Qeyd edək ki, “Qəbələ” əvvəlki yoxlama görüşlərində PSV-nin ikinci komandası (0:0), Ukraynanın “Vorskla” (2:1), Türkiyənin “Əskişəhərspor” (1:3), “Adanaspor” (3:2) və Rusiyanın “Kuban” (0:2) klubları ilə üz-üzə gəlib.

 

Yoxlama oyunu

25 yanvar

“Qəbələ” (AZƏRBAYCAN) - “Haladaş” (Macarıstan) - 2:0

Qollar: Viktor Mendi, 27, Emin Zamanov, 69

QƏBƏLƏ: 1. Kamran Ağayev, 15. Ruslan Abışov, 12. Aleksandru Benqa, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 5. Sadiq Quliyev, 17. Qismət Əliyev, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov, 9. Viktor Mendi

Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov , 27. Bəxtiyar Soltanov, 13. Murad Musayev, 8. Markinyoş, 23. Emin Zamanov, 87. Bəhlul Mustafazadə

0