“Sumqayıt”dan növbəti transfer - FOTO
27.01.2015 - 18:19
“Sumqayıt”dan növbəti transfer - FOTO

"Sumqayıt klubu qış "transfer pəncərəsi" zamanı daha bir futbolçunu heyətinə qatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq "Bakı"nın şərəfini qorumuş Mikayıl Rəhimovu heyətinə qatıb.

 

Sumqayıt futbolunun yetirməsi olan 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalayıb. Mikayıl yeni klubunda 6 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində Uğur Pamuku geri qaytarıb və Tərzin Cahangirovun icarə müddətini uzadıb. 

0