[b]“Qarabağ” - "Mordaviya" matçında qol vurulmadı [/b]
29.01.2015 - 14:37
[b]“Qarabağ” - "Mordaviya" matçında qol vurulmadı [/b]


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Rusiya Premyer Liqasında mübarizə aparan “Mordoviya” ilə qarşılaşıb.

 

Qurban Qurbanovun yetirmələri üçün bu matç qonşu ölkədə 5-ci sınaq olub. “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı Saransk təmsilçisi ilə görüşdə qapılara qol vurulmayıb – 0:0.

 

Bu heç-heçə ağdamlıların qonşu ölkədə 2-ci “sülh”ü olub. “Qarabağ” bunadək İsveçrə “Sürix”i ilə görüşdə bərabərliklə kifayətlənmişdi - 1:1.

 

Qeyd edək ki, təmsilçimiz 2 heç-heçə etdiyi Türkiyədə daha 3 oyunda qüvvəsini sınayıb.  Polşa  “Legiya”sına 2:0 hesabı ilə qalib gələn “Qarabağ” Xorvatiyanın "Split" klubuna 1:3, Bolqarıstan təmsilçisi “Levski”yə 0:3 hesabı ilə məğlub olub,

 

29 yanvar

“QARABAĞ” (AZƏRBAYCAN) – “MORDOVİYA” (RUSİYA) - 0:0

 

 “Qarabağ”: Fərhad Vəliyev, Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov, Danilo Dias, İlqar Qurbanov, Tural İsgəndərov, Admir Teli, Şəhriyar Əliyev, Cavid Tağıyev, Namiq Ələsgərov

Baş məşqçi: Qurban Qurbanov

 

“Mordoviya”: Anton Koçenkov, Aslan Dudiyev, İqor Şitov, İbrahim Niasse, Viktor Vasin, Marko Lomiç, Danyen Le Tallek, Vladimir Bojoviç,  Yannik Calo, Oleq Vlasov, Sergey Samodin

Baş məqşçi: Yuri Syomin

 

0