Nikolas Kanales: “Sumqayıt”a hörmətlə yanaşıram, amma...
27.02.2015 - 15:42
Nikolas Kanales: “Sumqayıt”a hörmətlə yanaşıram, amma...

“Sumqayıt”la qarşılaşma çətin olacaq. Çünki səfərdə oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin çilili futbolçusu Nikolas Kanales deyib.

 

Cənubi amerikalı legioner Topaz Premyer Liqasının XXIV turunun “Sumqayıt”la sabah keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayıb: “Bundan başqa, “Sumqayıt” gənc futbolçulardan təşkil olunmuş yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 3 xal qazanmaq bizim üçün çox vacibdi. Şadam ki, AZAL-la təxirə salınmış oyunda fərqləndim. Qolların davamını gətirməyə çalışacağam”.

 

Qeyd edək ki, fevralın 24-də AZAL-a qarşı keçirilən matçda qələbə (1:0) qolunu vuran Kanales mövsümdə 5-ci dəfə frəqlənib.

 

Mənbə: neftchipfk.com

0