[b]Azərbaycan klubu vergi ödəməkdən yayınır[/b]
27.02.2015 - 18:22
[b]Azərbaycan klubu vergi ödəməkdən yayınır[/b]

Son vaxtlar ağır günlərini yaşayan “Bakı” klubu vergi ödəməkdən yayınır. Apasport.az-ın Lent.az saytına istinadən verdiyi məlumata görə, Vergilər Nazirliyi “Bakı” Futbol Klubu MMC-nin vergi ödəməyən vergi ödəyicilərinin siyahısında olduğunu bildirib.

 

Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq edərək vurğulayıb ki, adlarının ictimaiyyətə açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını təmin etməlidilər.

 

Qeyd edək ki, “Bakı” klubu iş adamı Hafiz Məmmədovundu.

 

0