Ulduz futbolçu İngiltərə millisindən imtina etdi
02.03.2015 - 17:41
Ulduz futbolçu İngiltərə millisindən imtina etdi

“Çelsi”nin kapitanı Con Terri yenidən İngiltərə millisinə dəvət alıb. Apasport.az saytı xəbər verir ki, 35 yaşlı müdafiəçi yığmaya qayıtmaqdan imtina edib.

 

“Dumanlı Albion” təmsilçisinin baş məşqçisi Roy Hodson Avro-2016-nın seçmə mərhələ oyunlarında Terrinin xidmətindən yararlanmaq niyyətinə düşüb. Lakin veteran futbolçu bir daha yığmanın formasını geyinməyəcəyini açıqlayıb: “Uembli”də həmişə möhtəşəm atmosfer olur. Bu, dünyanın ən gözəl stadionlarından biridi. Amma milliyə qayıtmaq fikrim yoxdu”.

 

Qeyd edək ki, Con Terri 2003-2012-ci illər ərzində İngiltərə yığmasının heyətində 78 oyun keçirib, 6 qola imza atıb.

0