Çempionlar Liqasının finalı üçün biletlər satışa çıxarılır
03.03.2015 - 23:21
Çempionlar Liqasının finalı üçün biletlər satışa çıxarılır

UEFA Çempionlar Liqasının final matçının 46 min biletindən 6 mini martın 5-də satışa çıxarılacaq. Apasport.az saytının məlumatına görə, biletlərin satışı martın 23-nə qədər davam edəcək.

 

Qitənin ən nüfuzlu klub turnirinin həlledici mərhələsi iyunun 6-da Almaniyanın Berlin şəhərinin “Olimpiaştadion”unda baş tutacaq. 70,5 min azarkeş tutumuna malik olan arenanın 46 mini neytral tamaşaçılar üçün nəzərdə tutulub. 20 min bilet finalçı komandalara, 6 mini isə UEFA-nın rəsmi saytına vasitəsi ilə azarkeşlərə satılacaq.

 

Biletləri 70 avrodan dörd qiymət kateqoriyasından 390-a qədər almaq mümkündü. Onlayn-sifarişi ilə hər bir azarkeş ən çox iki bilet ala bilər. 

0