“Qəbələ” – “Simurq” oyununun hakimi müəyyənləşdi
04.03.2015 - 10:51
“Qəbələ” – “Simurq” oyununun hakimi müəyyənləşdi

Bu gün keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi 4 matçdan ikisinə 6, ikisinə 4 ədalət təmsilçisi göndərməyi məqsədəuyğun sayıb.

 

Belə ki, Neftçi” – AZAL və “Qəbələ” – “Simurq” qarşılaşmalarında əlavə hakim köməkçiləri də olacaq. Çempionatın turnir cədvəlində qonşu olan əyalət təmsilçilərinin görüşü FİFA hakimi Əliyar Ağayevə tapşırılıb.

 

Digər beynəlxalq dərəcəli hakimlərimizdən Orxan Məmmədov “İnter” – “Xəzər Lənkəran” oyununu idarə edəcək. Rəhim Həsənov isə “Qarabağ” – “Bakı” matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

04 mart (çərşənbə)
17:00. “Neftçi” – AZAL

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Fariz Yusifov 
“Bakcell Arena”

17:00. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Coşqun Həsənov, Xəlil Xəlilov 
“İnter Arena”

17:00. “Qarabağ” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Nahid Əliyev, Rəhim Həsənov 
Tofiq Bəhramov adına Respublika stadionu

19:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev 
Qəbələ şəhər stadionu

0