George Çixradze qələbədən danışdı
04.03.2015 - 22:10
George Çixradze qələbədən danışdı

“Mən öz futbolçularımı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi George Çixradze deyib.

 

O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ”ni 0:3 hesabı ilə məğlub etmələrindən danışıb: “Kubok oyunları çətin olur. Çünki nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıyıq. Düzdür, ilk oyunda 3 qol vurduq. Amma qarşıda cavab oyunu var. Növbəti mərhələyə adlamaq üçün cavab matçında da qələbə qazanmaq lazımdır”. (pfl)

0