Məmmədyarovlar İslandiyadan mükafatsız qayıdırlar
19.03.2015 - 09:48
Məmmədyarovlar İslandiyadan mükafatsız qayıdırlar

İslandiyada təşkil olunan şahmat üzrə “Reykyavik Open” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan həmyerlilərimiz Şəhriyar və Zeynəb Məmmədyarovlar mükafatçılar sırasına düşə bilməyiblər.

 

Belə ki, sonuncu – X turda hindistanlı Abhijit Qupta (2625) ilə qarşılaşan Şəhriyar (2756) heç-heçə edib. Zeynəb (2303) isə belçikalı Jean-Kristof Tiri (2031) ilə qarşılaşmada şahını qoruya bilməyib.

 

Beləliklə, 10 turun yekununa əsasən Şəhriyar 7,5 xalla 6-cı, ondan 3 xal az toplayan Zeynəb 160-cı yer tutublar. Yarışın qalibi adına isə Ervin Lami (Hollandiya) yiyələnib. O, 8,5 xalla hamını qabaqlayıb.

0