[b]Azərbaycan - Malta oyununun hakimi açıqlandı[/b]
25.03.2015 - 14:25
[b]Azərbaycan - Malta oyununun hakimi açıqlandı[/b]

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Azərbaycan – Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma türkiyəli hakimlər briqadasına həvalə edilib.

 

Matçın baş hakimi Halis Özkahya olacaq. Ona Cem Satman və Ekrem Kan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Kemal Yılmaz yerinə yetirəcək. Əlavə hakim köməkçiləri qismində isə Mete Kalkavan və Tolqa Özkalfa təyinat alıblar.

 

Görüşün hakim-inspektoru Covanni Bolognino (İtaliya), UEFA nümayəndəsi isə Darius Pavel Dziekanovski (Polşa) olacaq.

 

 

0