İkisi oynadı, biri baxdı
26.03.2015 - 12:29
İkisi oynadı, biri baxdı

Bakı “İnter”inin iki futbolçusu Gürcüstan millisinin Malta ilə yoxlama oyununun iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının turnir cədvəlində 2-ci olan paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze eyni vaxtda çalışdırdığı yığmada iki yetirməsinə güvənib.

 

Tiflisdə baş tutan qarşılaşmada Aleksandr Amisulaşvili 90 dəqiqə meydanda olub. Baçana Sxadadze isə yalnız 70-ci dəqiqədə meydana daxil olub.

 

Milliyə dəvət alan digər “İnter”li Laşa Salukvadze isə 2:0 hesablı qələbədə iştirak etməyib.

0