[b]Nikolay Adam: Güclü rəqib qarşısında oynamaq çətindi[/b]
27.03.2015 - 11:26
[b]Nikolay Adam: Güclü rəqib qarşısında oynamaq çətindi[/b]

“Fransa yığması haqda əlavə nəsə deməyə ehtiyac duymuram. Güclü rəqib qarşısında oynamaq çətindi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin (U-19) baş məşqçisi Nikolay Adam deyib.

 

Almaniyalı mütəxəssis 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirilmiş Fransa – Azərbaycan oyunu barədə affa.az-a açıqlama verib.

 

O, 0:2 hesabı ilə uduzduqları matçda komandasında hər hansı mənfi cəhəti görmədiyini deyib: “Uşaqlar bütün bacarıqlarını nümayiş etdirdilər. Taktiki planda və intizam baxımından yaxşı oynadıq. Son 18-liyi müəyyənləşdirərkən komandanın əsas üzvlərindən biri Təyyar Məmmədov zədə səbəbindən kənarda qaldı. Bizimlə burada olmasına baxmayaraq, təəssüf ki, zədəsini sağalda bilmədi. Əgər zədəli olmasaydı, müdafiənin sağ cinahında oynayacaqdı. Onun mövqeyində 1997-ci il təvəllüdlü Renat Ağaverdiyevə şans verdim. Təəssüf ki, o da ilk hissədə zədələnərək yerini digər 1997-ci il təvəllüdlü Elgün Uluxanova verdi. Oyunun sonunda meydanda 6 nəfər 1997-ci il təvəllüdlü futbolçu vardı. Əvvəlki müsahibəmdə futbol ictimaiyyətinə demişdim, bir daha təkrar edirəm ki, buraya turist kimi gəlməmişik. Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq. Məqsədimiz odur ki, son oyunlaradək qrupdakı vəziyyət gərgin olaraq qalsın”.

 

Qeyd edək ki, millimiz qrupda ikinci qarşılaşmasını sabah İngiltərə yığmasına qarşı keçirəcək.

0