[b]Namiq Ələsgərov: Onun nə istədiyini dərk edirəm [/b]
27.03.2015 - 21:02
[b]Namiq Ələsgərov: Onun nə istədiyini dərk edirəm [/b]

“Mən də sabahkı oyuna hazıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycan yığmasının futbolçusu Namiq Ələsgərov deyib.

 

O, sabah Malta ilə keçiriləcək oyun haqda fikirlərini bildirib: “Millidə ilk rəsmi matçım olacaq. İstəyirəm ki, qələbə qazanaq”.

 

- Sabahkı oyun öncəsi həyəcanlısızmı?

- Müəyyən qədər həyəcanlıyam. Amma çalışacam ki, bunu göstərməyim, baş məşqçinini tapşırıqlarını tam olaraq yerinə yetirim.

 

- Prosineçkinin oyun stilinə tam olaraq uyğunlaşmısızmı?

- Məşqçi meydanda bizə sərhəd qoymur. Yəni cinahda oynasam da, sərbəstlik verir. Onun nə istədiyini dərk edirəm.

0