[b]Ağasəlim Mircavadov: Bu uğursuzluğun səbəbini araşdıracağıq[/b]
28.03.2015 - 15:09
[b]Ağasəlim Mircavadov: Bu uğursuzluğun səbəbini araşdıracağıq[/b]

“U-17 millimiz qrup oyunlarını biabırçı şəkildə keçirdi. Futbolçular bacarıqlarından çox aşağı səviyyədə çıxış etdilər”. Bu sözləri apasport.az saytına Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

 

17 yaşadək futbolçulardan ibarət milli komandamızın Bakıda keçirilən elit-raund oyunlarındakı böyükhesablı məğlubiyyətlərinə münasibət bildirən təcrübəli mütəxəssis bunu sürpriz adlandırıb: “Bu uğursuzluğun səbəbini araşdırmaq üçün baş məşqçi Mirbağır İsayevi AFFA-ya çağırıb, hesabat tələb edəcəyik. Axı Antalyadakı toplanış zamanı “Split”ə qarşı keçirilən görüşündə futbolçular əla təsir bağışlamışdılar. Həmin oyunu gördükdən sonra komandamızdan elit-raundda uğurlu nəticələr gözləyirdim. Amma göstərilən oyun məni çox təəccübləndirdi”.

 

Qeyd edək ki, U-17 yığmamız qrupda Portuqaliyaya 0:3, Serbiya və Xorvatiyaya isə 0:4 hesabı ilə məğlub olmuşdu.

0