[b]Braziliyanın ən yaxşı futbolçusunun adı açıqlandı[/b]
01.04.2015 - 08:51
[b]Braziliyanın ən yaxşı futbolçusunun adı açıqlandı[/b]

Braziliya millisinin hücumçusu Neymar daha bir titul qazanıb. Apasport.az saytı xəbər verir ki, “Barselona”nın oyunçusu ölkəsinin ən yaxşı futbolçusu seçilib.

 

Braziliyalıların Avropada çıxış edən ən yaxşı futbolçusu nominasiyasında Neymar hamıdan çox səs toplayaraq “Qızıl samba” mükafatına layiq görülüb. O, müvafiq olaraq ikinci və  üçüncü yeri tutan “Atletiko”nun müdafiəçisi Miranda və “Qalatasaray”ın yarımmüdafiəçisi Felipe Melonu üstələyib.

 

Qeyd edək ki, Neymar 2013-cü ildən “Barselona”da çıxış edir.

0