Hücumçu "Barselona"nı tərk edə bilər
01.04.2015 - 22:45
Hücumçu "Barselona"nı tərk edə bilər

“Barselona”nın forvardı Pedro mövsüm sonunda şərəfini qoruduğu klubundan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına açıqlamasında futbolçu belə addımın məntiqli olduğunu bildirib.

 

“Əlbəttə, özünü uzun müddət tapa bilməyəndə, bu cür ayrılıqlar ola bilər. Hər futbolçu üçün keçərli prosesdən danışırıq. Əgər vacib oyunlarda forma geyinə bilmirsənsə, işlər bir qədər də çətinləşir”.

 

Qeyd edək ki, Pedro bu mövsüm “Barselona”nın heyətində 19 matçda meydana çıxıb. 

0