[b]Millimizdən böyükhesablı qələbə - YENİLƏNİB[/b]
11.04.2015 - 16:48
[b]Millimizdən böyükhesablı qələbə - YENİLƏNİB[/b]

Bu gün Bakıda keçirilən UEFA-nın İnkişaf turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət komandaların iştirak edəcəyi yarışda mübarizə aparan 4 yığmanın  iştirakı ilə ilk oyunlar baş tutub.

 

Yarışın açılış oyununda Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Qonşularımız 2 cavabsız qol vurub, hesabına 3 xal yaza biliblər.

 

Azərbaycan millisi isə Qazaxıstanı sınağa çəkib. Yığmamız bu qarşılaşmada böyükhesablı qələbə qazanıb – 4:0.

 

Qeyd edək ki, turnirin 2-ci turunun oyunları sabah keçiriləcək.

 

11 aprel

Yunanıstan – Gürcüstan - 0:2

“Dalğa Arena”

Azərbaycan – Qazaxıstan - 4:0

Bayıl stadionu

 

0