6 futbolçu millidən kənarlaşdırıldı
11.04.2015 - 13:27
6 futbolçu millidən kənarlaşdırıldı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 10-dan 19-dək Bakıda keçiriləcək UEFA-nın İnkişaf turnirində iştirak edəcək yığmamıza 20 futbolçu dəvət olunub.

 

Paytaxtda keçirilən təlim-məşq toplanışına dəvət alan 22 oyunçudan 6-sı heyətdən kənarlaşdırılıb. Bunlar Məmməd Hüseynov(“Qarabağ”), Kamran Əliyev (“İnter”), Əsgər Hüseynov (AZAL), Kənan Səfərov (“Xəzər Lənkəran”), Ərzuman Rizvanov (“Sumqayıt”), Aslan İsmayılovdu (“Bakı”).

 

Əvəzində komandaya 4 futbolçu cəlb edilib. Fərid Nəbiyev (“Qəbələ”), Murad Popov (klubsuz), Gülər Mətin, Hüseyin Seylidli (hər ikisi “Beşiktaş”, Türkiyə) turnirdə iştirak etmək imkanı qazanıblar.

 

Millimiz turnirdə bu futbolçular təmsil edəcək: Süleyman Əhmədov (“Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı (hər ikisi “İnter”), Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov (hamısı “Neftçi”), İbrahim Qədirzadə, Yusif  Həsənov (hər ikisi “Xəzər Lənkəran”), Abbas Ağazadə (“Turan”), Əli Sadıxov, Elvin İmanlı, Fərid Nəbiyev, Aqşin Hüseynov, Cavidan Qasımlı (hamısı “Qəbələ”), Samir Əliyev (“Bakı”), Murad Popov (klubsuz), Gülər Mətin, Hüseyin Seylidli (hər ikisi “Beşiktaş”, Türkiyə).

 

Mənbə: affa.az

0