Məmmədovdan heç-heçə, Məmmədyarov Kramnikə şans vermədi- YENİLƏNİB
21.04.2015 - 20:41
Məmmədovdan heç-heçə, Məmmədyarov Kramnikə şans vermədi- YENİLƏNİB

Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində bu gün növbəti turun matçları baş tutub. Apasport.az saytının məlumatına görə, V oyun günündə Azərbaycan şahmatçıları turnir vəziyyətlərini daha da yaxşılaşdırıb.

 

Belə ki, ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Gərgin görüşdə həmyerlimiz güclü rəqibini məğlub etməyi bacarıb.

 

Hesabat turunda amerikalı Uesli Soya uduzan Rauf Məmmədovun rəqibi isə ingiltərəli Maykl Adams olub. Qrossmeysterimizin turnirin autsayderi ilə qarşılaşmada heç-heçəyə razılaşıb.

 

21 aprel

V tur

Rauf Məmmədov (Azərbaycan, 2658) - Maykl Adams (İngiltərə, 2746) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan,2791) - Uesli So (ABŞ, 2788) - 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Vladimir Kramnik (Rusiya, 2783) 1:0

Fabiano Karuana (İtaliya, 2802) - Aniş Giri (Hollandiya, 2790) - 0,5:0,5

Maqnus Karlsen (Norveç, 2863) - Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 1:0

 

Turnir cədvəli: Karlsen – 4 xal; So 3,5 xal; Anand – 3 xal; Məmmədyarov, Kramnik – 2,5 xal; Məmmədov, Karuana, Vaşye-Laqrav, Qiri – 2 xal, Adams  1,5 xal.

 

 

0