[b]"Real" və "Yuventus" yarımfinalda[/b]
23.04.2015 - 00:37
[b]"Real"  və "Yuventus" yarımfinalda[/b]

Bu gün Çempionlar Liqasında daha iki yarımfinalçının adı müəyyənləşib. Apasport. az saytının məlumatına görə, ötən mövsümün finalçıları “Real” və “Atletiko” kimin güclü olduğuna aydınlıq gətirib.

 

“Visente Kalderon”da qolsuz heç-heçədən sonra “kral klubu” cütün favoriti təsiri bağışlayırdı. Lakin bir neçə əsas futbolçusunun zədələnərək sıradan çıxması “Real”ın işini müşkülə çevirib. Qaret Beyl, Luka Modriç və Benzemanın yaşadıqları problemlər belə, meydan sahiblərinin arzularını ürəyində qoymayıb. Gərgin qarşılaşmada görüşün taleyini yalnız bir qol həll edib. Bu top isə "Real"ı yarımfinala daşıyıb.

 

Digər 1/4 finalın cavab matçında “Yuventus” səfərdə “Monako”ya qarşı mübarizə aparıb. Turində  knyazlıq təmsilçisinə minimal hesabla qalib gələn “qoca sinyora” yarımfinala yüksəlmək əzmində idi. Bundan əvvəlki etapda “Arsenal”a  “sürpriz” yaşadan “Monako” “Yuventus” ev oyununda qolsuz heç-heçəyə razılaşıb. Bununla da, yarımfinala yüksəlmək eyniadlı şəhərin klubuna müyəssər olmayıb.

 

 

22 aprel 

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

 

 

"Real" - "Atletiko" - 1:0

Qol: Xavier Hernandez, 88

 

Qırmızı vərəqə- Arda Turan, 76 

Baş hakim: Feliks Brix (Almaniya)

Madrid. "Santyaqo Bernabeu" stadionu.

İlk oyun: 0:0 

“Real”: Kasilyas, Rafael Varan, Serxio Ramos, Fabio Koentrao, Daniel Karvaxal, Pepe, Toni Kroos, Xames Rodriqez,       İsko, Ronaldo, Xavier Hernandez.

Baş məşqçi: Karlo Ançelotti

 

“Atletiko”: Oblak, Dieqo Qodin, Xesus Qamez, Xuanfran, Miranda, Tiaqo, Koke, Qrizmann, Arda Turan, Nikez, Mandcukiç.

Baş məşqçi: Dieqo Simeone  

 

 

 

"Monako" - "Yuventus" - 0:0

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

Monte Karlo."Stad Luis II" stadionu

İlk oyun: 0:1

 

“Monako”: Subaşiç, Fabinyo, Kurzava, Abdennur, Andrea Radji, Moutinyo, Kondoqbiya, Tulalan, Bernardo Silva, Yannik Ferreyra Karrasko, Antoni Martial.

Baş məşqçi: Leonardo Jardim

 

“Yuventus”: Buffon, Çellini, Barzalyi, Leonardo Bonuççi, Patris Evra, Klaudio Markisio, Andrea Pirlo, Arturo Vidal, Lixtştayner, Alvaro Morata, Karlos Tevez.  

Baş məşqçi: Massimiliano Alleqri

 

 

 

 

 

0