[b]Ölkə kubokunun finalının keçiriləcəyi məkan müəyyənləşdi[/b]
22.04.2015 - 11:01
[b]Ölkə kubokunun finalının keçiriləcəyi məkan müəyyənləşdi[/b]

Azərbaycan kubokunun final görüşünün keçirilmə yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mükafat uğrunda həlledici oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

 

İyunun 3-də baş tutacaq matçda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək.  Ölkə kuboku tarixində ilk dəfə finala Qəbələ ev sahibliyi edəcək.

 

Qeyd edək ki, yarımfinal mərhələsində “Neftçi” “İnter”i (2:0, 1:2), “Qarabağ” “Simurq”u (1:0, 0:0) məğlub edib.

 

Mənbə: pfl.az

0