Subaşiç oynadı, komandası məğlubiyyətdən qaçdı
05.05.2015 - 07:55
Subaşiç oynadı, komandası məğlubiyyətdən qaçdı

Türkiyə çempionatının I liqasında XXXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” səfərdə “Bucaspor”la qarşılaşıb.

 

Görüş 1:1 hesabı ilə başa çatıb. Branimir qarşılaşmanın 54-cü dəqiqəsində meydana daxil olub. Hücumçu meydanda olduğu 36 dəqiqədə qol və ya vərəqə ilə fərqlənməyib. Onun komandası final fitindən 2 dəqiqə əvvəl bərabərlik qolunu vurub. Məğlubiyyətdən qaçıb.

 

Qeyd edək ki, 31 oyunda 30 xal toplayan manisalılar 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

0