[b]Mustafa Dənizlinin proqnozu[/b]
05.05.2015 - 13:14
[b]Mustafa Dənizlinin proqnozu[/b]

“33-cü turdan sonra çempionluq uğrunda mübarizə aparan komandaların sayı 2-yə enəcək”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Superliqasında çempionluq şansını dəyərləndirən tanınmış mütəxəssis Mustafa Dənizli deyib.

 

2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırmış türkiyəli məşqçi Superliqada çempionluğa namizədini açıqlayıb.

 

Maraqlıdı ki, Dənizli hazırda 3-cü pillədə qərarlaşan “Fənərbaxça”nı bir addım öndə görür: “Qalatasaray”la “Beşiktaş” növbəti oyunu evdə keçirəcəklər. Onda da qələbə qazanmayacaqlarsa, heç çempion olmasınlar. Fikrimcə, hər 3 komanda 33-cü tura qədər xal itirməyəcək. 33-cü turdakı “Qalatasaray” – “Beşiktaş” matçında istənilən nəticə sürpriz olmaz. Məncə, “Fənərbaxça” 5 oyunun hamısında qələbə qazanacaq. Derbidə də iki komandadan ən azı biri büdrəyəcək. Bu isə o deməkdi ki, Türkiyəni gələn mövsüm Çempionlar Liqasında təmsil edəcək komandalardan biri “Fənərbaxça” olacaq. Derbi heç-heçə nəticələnsə, “Fənər” hətta çempion da ola bilər”.

 

Qeyd edək ki, Türkiyə Superliqasında XXIX turdan sonra “Beşiktaş”la “Qalatasaray” 64, “Fənərbaxça” isə 63 xala malikdi.

0