[b]“Superliqanın az məvacib təklif edən klubuna keçməyə hazıram” [/b]– Mirhüseyn Seyidov
21.05.2015 - 11:49
[b]“Superliqanın az məvacib təklif edən klubuna keçməyə hazıram” [/b]– Mirhüseyn Seyidov

“Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb. Adım müxtəlif klublarla birgə hallansa da, heç birindən təklif almamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin keçmiş futbolçusu Mirhüseyn Seyidov deyib.

 

Paytaxt klubundan kənarlaşdırılan yarımmüdafiəçinin karyerasını Türkiyədə davam etdirmək variantı yaranıb. Seyidovun sözlərinə görə, PTT I Liqanın bir neçə klubu onun xidmətində maraqlıdı. Mövsümün başa çatmasını gözləyən Mirhüseyn Azərbaycandan təklif olmayacağı halda, qardaş ölkəyə yollanacaq: “Gözləyirəm ki, çempionat bitsin. Hazırda bütün komandalar diqqəti son turlara yönəldiblər. Transfer məsələlərinə mövsümün sonunda baxılır. Dediyim kimi, indiki məqamda öz klublarımızdan təklif yoxdu. Əvəzində Türkiyəyə gedə bilərəm. Danışıq apardığım menecer var. Onun vasitəsilə öyrəndim ki, PTT I Liqanın 3-4 komandası məni istəyir. Bilirsiz ki, onlarda da hazırda mövsümün sonu gedir. Buna görə də, birbaşa özümlə heç kim əlaqə qurmayıb. Mövsümün sonunda həmin komandalardan xəbər çıxmalıdı”.

 

Türkiyəyə getmək istəyini gizlətməyən Seyidov son qərarını mövsümün sonunda verəcəyini bildirib: “Təbii ki, Superliqa klubundan təklif gəlməsini çox istərdim. Menecerə də demişəm ki, Superliqanın az məvacib təklif edən klubuna da keçməyə hazıram. Amma mənimlə maraqlananlar hələ ki, PTT I Liqa təmsilçiləridi”.

 

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirhüseyn Seyidov 2009-cu ildən “ağ-qaralar”ın əsas komandasında çıxış edirdi. 

0